Saatlıda avtomobil dərəyə aşdı, xəsarət alan var
Bizi izləyin

Nəqliyyat

Saatlıda avtomobil dərəyə aşdı, xəsarət alan var

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Əbülfəz oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. / ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm