Zəngilanı Naxçıvanla birləşdirəcək yol bu müddətə təhvil veriləcək - RƏSMİ
Bizi izləyin

Nəqliyyat

Zəngilanı Naxçıvanla birləşdirəcək yol bu müddətə təhvil veriləcək - RƏSMİ

Zəngilanı Naxçıvanla birləşdirəcək yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Zəngəzur dəhliz yolunun tikintisi sürətlə davam etdirilir: "Zəngəzur dəhliz yolu ölkə başçısının bizim qarşımızda qoyduğu prioritet məsələlərdən biridir. Artıq bu yöndə işlər aparılır. Ərazidəki tunellər və viadukların tikintisi ilə əlaqədar olaraq, işlərin təxminən 2023-2024-cü illərdə başa çatacağı gözlənilir".

Saleh Məmmədov həmçinin qeyd edib ki, Şuşaya çəkilən “Zəfər”yolunda isə işlər yekunlaşmaq üzrədir: "Uzunluğu 101,5 kilometr olan 2 zolaqlı yolun sentyabradək istifadəyə veriləcəyi gözlənir. Artıq yolun 25 km hissəsində asfalt-beton örtüyü vurulub. Eləcə də digər ərazi hissələrdə asfalt-beton örtüyünün salınması üçün yol hazır vəziyyətdədir. Avqustun sonu, sentyabrın 15-nə qədər Bakıdan Şuşaya asfalt-beton örtüklü yolla hərəkət təmin olunacaq".

Saleh Məmmədovun sözlərinə görə, Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 km-lik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir: "Gələn il fevralın sonuna kimi bu yol təhvil veriləcək.

Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır. Astara şəhərindən İran sərhədinə qədər yolumuz tam hazırdır. Gələn ilin sonuna qədər Astara çayı üzərində körpünün tikintisi və İran tərəfinə 4 zolaqlı avtomobil yolunun çəkilişinin bitməsi gözlənilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm