Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 30 faiz artdı
Bizi izləyin

Nəqliyyat

Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 30 faiz artdı

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 39 643 min avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə idxal olunan avtomobillərin 36 741-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.

Azərbaycan bu ilin ilk yarısında 10 və daha çox sərnişin tutumlu 60 avtomobil, 36 elektromobil və 4 878 hibrid avtomobil ixrac edib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107 faiz artaraq 2 794 ədəd təşkil edib.

Hesabat dövründə Azərbaycan 397,6 milyon dollar məbləğində avtomobil idxal edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm