“General Motors” 73 min elektrikli avtomobili geri çağırır
Bizi izləyin

Nəqliyyat

“General Motors” 73 min elektrikli avtomobili geri çağırır

Amerikanın avtomobil istehsalçısı “General Motors” (GM) 73 min avtomobili geri çağırır. Bu barədə

Publika.az "Reuters" agentliyinə istinadla, xəbər verir.

Bunlar 2020 - 2022 model elektrikli avtomobillər “Chevrolet Bolt EV”, “EUV” və 2019-cu ildə istehsal edilən “Bolt EV” modelləridir. Qeyd olunur ki, avtomobillərin batareyalarında yanğına səbəb ola biləcək iki qüsur aşkarlanıb. Bu model elektrik avtomobillərin satışı da qeyri-müəyyən müddətə dayandırılacaq.

“GM” dəyən ziyanı batareya təchizatçısı “LG”dən geri istəyəcək. Şirkət dəymiş zərərin miqdarını 1 milyard ABŞ dolları dəyərində qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm