Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlandı
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlandı

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

Publika.az xəbər verir ki, sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm