Nəqliyyat
Avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb - BNA
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli, müasir tələblərə uyğun və qabaqcıl təcrübəni özündə əks etdirən nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Vətəndaş məmnuniyyətini təmin etmək üçün ötən ay Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyət istiqamətləri-sərnişindaşıma, yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu sahəsində bir sıra layihələrin icrasını təmin edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun təqdim etdiyi sentyabr ayı üzrə fəaliyyətin qısa icmalında bildirilib.
"Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşımalara tələbatın artmasını nəzərə alaraq daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş çərçivəsində şirkət rəhbərləri dinlənilib və onlara müvafiq tapşırıqlar verilib", - icmalda deyilir.
Hesabat dövründə müntəzəm marşrut xətləri üzrə avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb. Ötən ay 1 marşrut xəttinin hərəkət sxemi təkmilləşdirilməklə 2 500 vətəndaşın marşrut xəttinə əlçatanlığı təmin edilib. 1 yeni qəsəbədaxili marşrut xətti təşkil edilməklə isə gündəlik orta hesabla 3 000-ə yaxın sərnişinin gediş-gəlişi yaxşılaşdırılıb. Nağdsız ödəniş sisteminə inteqrasiya prosesi çərçivəsində sentyabrda daha 4 marşrut xətti “BakıKart”a qoşulub.
Müntəzəm sərnişindaşımalarla yanaşı ötən ay Bakıda təşkil edilən 2 futbol oyunu üzrə ekspress xətlər təşkil edilib. Bu xətlərlə ümumilikdə 6 000-ə yaxın azarkeşin daşınması təmin edilib.
"Yola saldığımız ayda uzun müddətdir haqqında danışılan “BakıKart”ın balansının internet üzərindən artırılması platforması istifadəyə verilib", - icmalda qeyd olunub.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO