Bu faciədə o məmurların da günahı var - Ekspert AÇIQLADI
Bizi izləyin

Nəqliyyat

Bu faciədə o məmurların da günahı var - Ekspert AÇIQLADI

Bu gün səhəri çox ağır xəbərlə açdıq. Hava limanı yolunda, Suraxanı dairəsində baş verən, 5 nəfərin həlak olması və 21 nəfərin yaralanması ilə nəticələnən faciəli qəza bizi sarsıtdı. Belə qəzalar dünya mediasının gündəm xəbəri olur. Allah həlak olanlara rəhmət eləsin, yaralılara isə şəfa versin. Hadisənin detallı səbəbləri hələ açıqlanmayıb. Amma bütün bunlar insanların məsuliyyətsiz davranışının nəticəsidir.

Publika.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib.

O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təşkil edən və bu prosesə nəzarət edən məmurların da, sükan arxasında olan sürücünün də bu faciədə günah payı var: "Təxminən 3 il əvvəl yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edildi. Ümid edirdik ki, nəhayət, dönüş başlayar. Amma deyəsən, heç kimin vecinə də deyil. Belə məsələləri yola vermək olmaz. Yola verəndə, bu kimi faciələrə çox şahidlik edəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm