Bakıda 55 yaşlı kişini avtomobil vurdu
Bizi izləyin

Nəqliyyat

Bakıda 55 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1966-cı il təvəllüdlü Eyvazov Asif Məstan oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm