Planetin ən yaşlı insanı VƏFAT ETDİ - FOTO
Bizi izləyin

Nəqliyyat

Planetin ən yaşlı insanı VƏFAT ETDİ - FOTO

Filippində dünyanın ən yaşlı insanı Françiska Susano 124 yaşında vəfat edib.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Kabankalan şəhər hökuməti "Facebook"da məlumat yayıb.

Bildirilib ki, yaşlı qadın bazar ertəsi gecə saatlarında dünyasını dəyişib.

"Sevdiyimiz Françiska Susanonun vəfat etməsi xəbərini hüznlə aldıq. O, həmişə bizim ilhamımız və qürurumuz olaraq qalacaq", - paylaşımda deyilir.

Onun ölümün səbəbi dəqiqləşdirilməyib. Yerli səhiyyə idarəsi təqaüdçüdə virus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib.

Şəhər rəsmiləri vurğulayıblar ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənir. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm