Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Bizi izləyin

Nəqliyyat

Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər

"MasterCard" Azərbaycanın bölgələrində ictimai nəqliyyatda nağdsız ödəniş imkanlarını genişləndirməyi planlaşdırır.

Publika.az Trend-ə istinadla xəbər verir ki, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Azərbaycanda nağdsız ödənişlərin artımının drayverlərindən biri ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş sisteminin tətbiqi oldu. 2020-ci ildə Şamaxıda 25 avtobusda nağdsız ödənişlər üzrə pilot layihəni işə salmışıq. Bu gün Şamaxıda nəqliyyatda dörd mindən çox nağdsız ödəniş həyata keçirilir", - deyə o, bildirib.

E.Çakar ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Azərbaycanda açıq bankçılıq tətbiq olunacaq.

"Bu model artıq Türkiyədə reallaşdırılıb və şübhə etmirəm ki, Azərbaycanda da bu hədəfə nail olacağıq", - E.Çakar deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm