Nəqliyyat
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində Beynəlxalq Avtovağzalın qarşısında hər iki istiqamətdə sıxlıq
2. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
3. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas və kənar yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən, Çerment körpüsünə qədər əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq
4. Tbilisi prospektində, 20 yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və, əks istiqamətdə İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq
5. Abdulvahab Salamzadə küçəsində Tbilisi prospekti ilə kəsişmədə körpünün üstündən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
6. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospekti istiqamətində sıxlıq
8. Abbasqulu ağa Bakıxanov küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Türkiyə səfirliyi istiqamətində sıxlıq
9. Atatürk prospektində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
10. Əhməd bəy Ağaoğlu küçəsində Təbriz küçəsi ilə ksəişmədən Xətai prospekti ilə kəsişməyədək sıxlıq
11. Heydər Əliyev prospektində, Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq
12. Mikayıl Əliyev küçəsində Neft Emalı zavodunun yanından Heydər Əliyev prospekti istiqamətində dairəyə qədər sıxlıq
13. Rəşid Behbudov küçəsində Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq
14. 28 may küçəsində, Rəşid Behbuodv küçəsi ilə kəsişən hissəsində sıxlıq
15. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üstü sıxlıq
16. Zərifə Əliyeva küçəsində sıxlıq
17. Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişən hissədə Azneft dairəsi istiqamətində sıxlıq
18. Mikayıl Useynov prospektində Bayıl yolundan Azneft dairəsinə düşən hissədə sıxlıq müşahidə olunur.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ