İsti havada yola çıxan sürücülərə TÖVSİYƏLƏR
Bizi izləyin

Nəqliyyat

İsti havada yola çıxan sürücülərə TÖVSİYƏLƏR

Yayın qızmarında avtomobilin sükanı arxasına keçən sürücülər ehtiyat tədbirlər görməyi unutmamalıdır.

Publika.az oxucuları isti havada nəqliyyat vasitəsini təhlükəsiz idarə etməyin bəzi qaydaları ilə tanış edir.

Sürücülər avtomobili sürməzdən əvvəl akkumulyator, kondisioner və maşının elektronika cihazlarını mütləq yoxlamalıdır.

Sürücülər kondisioneri qoşmazdan əvvəl avtomobili havalandırmalıdırlar. Həmçinin yanacaq çənini tam doldurmaq olmaz. Yola çıxarkən mütləq ilkin tibbi yardım dəsti, günəşdən qoruyan eynəklər və çoxlu su götürmək vacibdir.

Əvvəlcə avtomobilin salonu havalandılrılmalı, sonra mühərrik işə salınmalıdır. Bu mövsümdə sürücülərə rahat və yüngül geyinmək tövsiyə olunur.

Bundan başqa, sürücülərə maşını kölgədə park etmək, açıq məkanlarda isə avtomobili günəş şüalarını qaytaran ekranlarla və ya örtüklə örtməyin lazım olduğu xatırladılır.

Sürücü özünü pis hiss etdikdə, səfərdən imtina etmək lazımdır, çünki istidə narahat sürücünün yolda yarana biləcək qəfil hallara reaksiyası azalır. Bu isə qəzaya səbəb ola bilər.

Yolunuz daim açıq və təhlükəsiz, səfərləriniz rahat və uğurlu olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm