Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxslər saxlanıldılar - FOTO
Bizi izləyin

Nəqliyyat

Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxslər saxlanıldılar - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq monitorinq keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən sonuncu monitorinq zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılıblar.

Samux rayonu ərazisində hərəkətdə olan VAZ və “Khazar” markalı avtomobillərin sürücüləri qayda pozuntusuna yol verdikləri üçün polis əməkdaşları tərəfindən onlara “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitələrini idarə edən Nadir Alıyev, Elçin İbrahimov, Habil Məmmədov və Vüsal Namazlı narkotik vasitə qəbul etdiklərinə dair şübhələr olduğundan tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən, həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm