Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Publika.az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

15. Mikayl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

16. Qələbə dairəsi, Mətbuat prospekti istiqamətində;

17. “20 Yanvar” dairəsində;

18. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

19. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm