Nəqliyyat
Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? - VİDEO
Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb.
Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur.
Hadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib.
Sürücü bildirib ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona heç bir qayda pozmadığı halda “saxla” işarəsi verib.
Sürücü iddia edib ki, yol polisi onu əsassız yerə saxlayıb vaxtını almaqla yanaşı, ona cərimə də ödətdirib. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.
Yol hərəkəti qaydaları üzrə ekspertlər bildiriblər ki, qanunvericiliyə görə, avtomobilin tipi, rəngi və mühərriki dəyişdirilərkən təkrar qeyiyyatı olmalıdır. Əgər bunlar olmasa da yol polisi avtomobilin texniki-pasportunda daşıdığı yükün adının olmamasına görə ona cərimə yazmaq kimi bir səlahiyyəti yoxdur.
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildibdilər ki, bu məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə sürücüyə məlumat veriləcək.
Daha ətraflı süjetdə:
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!