Nəqliyyat
ADY ağır qəza ilə bağlı MƏLUMAT YAYDI

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
QSC-dən Publika.az-a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman29 Sentyabr 22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 29 Sentyabr 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB29 Sentyabr 19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 29 Sentyabr 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 29 Sentyabr 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 29 Sentyabr 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO