Nəqliyyat
Deputat: “Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır”
“Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır”.
Publika.az xəbər verir ki, bunu “Report”a açıqlamsında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu sahədə nəzarətin zəif olması, bir sıra xoşagələməz halların davam etməsinə yol açır: “Taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür. Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edən də çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan”.
Deputat söyləyib ki, əksər taksi sürücülərinin sağlamlıq durumu da yerində olmur: “Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Ümumilikdə taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi tətbiq olunmalı, taksi fəaliyyəti ilə bağlı ciddi tələblər müəyyənləşməlidir. Belə ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə POS-terminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız ödəniş edilməsinə şərait yaradılmalıdır”.
A.Badamov vurğulayıb ki, həmçinin hər gün taksi xidmətə başlayanda müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir: “Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm”.
-
Magazin122:36
Səidə Sultan tanınmaz halda - FOTO
-
Sosial22:24
Azərbaycanda tanınmış şair VƏFAT ETDİ - FOTO
-
Sosial21:36
Məşhur bloqer Hüseyn Həsənovun ÖLÜM XƏBƏRİ YAYILDI - VİDEO
-
Magazin221:12
Gələcəyin jurnalisti "Dünya Gözəli" oldu - FOTO/VİDEO
-
Magazin120:24
Renka özünə bahalı maşın aldı - VİDEO
-
Hadisə20:12
Əsgərimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
-
Elm və təhsil18:50
Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR
-
Sosial17:45
Keçmiş icra başçısı restoranını satdı - 8 milyona