"Toyota"dan inqilabi yenilik: Bu akkumulyatorların istehsalına başlayır
Bizi izləyin

Nəqliyyat

"Toyota"dan inqilabi yenilik: Bu akkumulyatorların istehsalına başlayır

"Toyota Motor" bir neçə ildən sonra elektrikli avtomobillər üçün inqilabi bərk yanacaq batareyaları ixtira edəcək.

Publika.az xəbər verir ki,bu sensasion bəyanatı yanvarın 11-də Hindistanda keçirilən investisiya sammitində "Toyota Kirloskar"ın (Toyota Motor-un Hindistandakı törəməsi) rəhbəri Vikram Qulati səsləndirib.

“Bir neçə ildən sonra biz bərk cisimli akkumulyatorlarla işləyən elektrik avtomobillərinin istehsalına başlayacağıq. Belə avtomobillər 10 dəqiqəyə doldurulacaq, onların güc ehtiyatı 1200 km-ə çatacaq. Eyni zamanda, onlar çox yaxşı xidmət müddətinə malik olacaqlar”, "Reuters" Qulatidən sitat gətirib.

Qeyd edək ki, 2023-cü ildə dünya üzrə 9,5 milyon elektrik avtomobili satılıb, onlardan 6,2 milyonu Çinin, 80 mini isə Hindistanın payına düşüb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm