Nəqliyyat
COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edildi - FOTO
COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib.
Publika.az xəbər verir ki, COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər.
Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib. Brifinqdə həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.
Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU















.png)






















.png)