Nəqliyyat
Kurıkdan Ələtə bərə reysləri açılacaq
Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay və “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili arasında keçirilən görüşdə Xəzər dənizi üzərindən bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsi müzakirə olunub.
Publika.az Manqistau vilayəti akiminin mətbuat xidmətinə istinadla xəbər verir ki, Gürcüstandan olan investor Xəzər dənizi ilə müntəzəm yükdaşımalarının təmin olunması üçün xüsusi gəmilər inşa edib. 2025-ci ilin sentyabr ayından etibarən bu gəmilər ilk dəfə olaraq Qazaxıstan bayrağı altında Kurık–Ələt–Kurık marşrutu üzrə müntəzəm reyslər həyata keçirəcək. Onlar Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək. Marşrut üzrə ayda 8-9 reysin təşkili planlaşdırılır. Hər bir gəmi eyni vaxtda 54-dək yük avtomobilini daşımaq imkanına malikdir.
Bundan əlavə, şirkətin donanması 2027-ci ilə qədər hər il iki bərə olmaqla daha dörd gəmi ilə genişləndiriləcək. Eyni zamanda, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır.
Region rəhbəri Nurdaulet Kilıbay bildirib ki, bu təşəbbüs regional logistikanın inkişafına mühüm töhfə verəcək: “Bu layihə təkcə Manqistau vilayəti üçün deyil, bütövlükdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Biz xarici və yerli investorlarla tərəfdaşlıq əlaqələrinin qurulmasına daim açığıq. Bərə daşımaları yük dövriyyəsini artırır, xarici ticarətin genişlənməsinə imkan yaradır və nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına şərait yaradır”.
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi

















.jpg)


















