Nəqliyyat
Sərnişin dolu təyyarə Bakı aeroportuna məcburi eniş etdi
London–Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.
Bu barədə Publika.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.
"Airbus A380" tipli təyyarə saat 07:55-də Bakı vaxtı ilə uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda onun səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.
Qeyd edək ki, "Airbus A380" — qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu, A380 tipli hava gəmilərinə xidmət göstərə bilən müasir yerinüstü avadanlıq, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təmin olunub. Bu baxımdan, Bakı hava limanı regionda bu tip hava gəmilərini qəbul etməyə tam texniki və əməliyyat hazırlığı olan azsaylı hava limanlarından biridir.
-
Sosial20:17Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”




































.jpg)
