Nəqliyyat
Rayon avtovağzallarında sərnişin sıxlığı yarandı - Video
Qurban bayramı ilə əlaqədar Şəki Avtovağzalında intensivlik müşahidə olunub.
Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, bayramda yerli qonaqlarla yanaşı, Şəkiyə gedən əcnəbilər də olub.
Son iki gündə Şəki Avtovağzalına müraciət edənlər çoxalıb. Təkcə Bakıya yox, digər rayon və şəhərlərə də gedənlərin artımı müşahidə edilib.
Qurban bayramı tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında da qismən canlanma müşahidə olunur. Ancaq ciddi sıxlıq olmadığından sərnişinlər bilet almaq və paytaxta yola düşməklə bağlı çətinliklə üzləşmədiklərini deyirlər.
Digər bayram tətillərinin sonunda olduğu kimi avtovağzal tərəfindən yenə ehtiyat tədbirləri də görülüb.
Qurban bayramını yaxınları ilə qeyd etmək üçün Lənkərana üz tutan sərnişinlər də artıq paytaxta qayıtmağa başlayıblar. Buna görə də, rayon avtovağzalında xəttə əlavə avtobuslar çıxarılıb. Lənkəran Avtovağzalında bu gün səhər saatlarından etibarən qismən sərnişin sıxlığı müşahidə olunub.
Avtovağzal rəsmisi bildirib ki, süni qiymət artımına ciddi nəzarət edilir, gedişhaqqının ödənilməsi Tarif Şurasının müəyyən etdiyi qaydada həyata keçirilir.
Ətraflı süjetdə:
-
Sosial20:17Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”




































.jpg)
