Nəqliyyat
Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri bilindi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 160A, 193 və 503 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
AYNA-dan Publika.az-a bildirilib ki, 160A nömrəli şəhərətrafı (Binə “Atçılıq” yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd Xan küçəsi – “Lökbatan” NMM) marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 503 nömrəli şəhərətrafı (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Sumqayıt şəhəri (Ü.Hacıbəyli küçəsi)) marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO









.jpg)



























