Nəqliyyat
Bu bölgə dayanmadan yırğalanır: 16 gündə 1592 zəlzələ olub - Əhali köçürülür
Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında 16 gün ərzində müxtəlif maqnitudalarda 1592 zəlzələ baş verib.
Publika.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, bölgədə yaşayan insanların təxliyəsi davam edir.
Yaponiya Meteorologiya Agentliyi (JMA) bildirir ki, Kaqosima prefekturasındakı arxipelaq son 16 gün ərzində zəlzələlərlə sarsılıb.
Məlumata görə, 21 iyun-7 iyul tarixləri arasında adalarda 1-6 bal arasında dəyişən 1592 zəlzələ baş verib. Bölgədə ən son zəlzələ iyulun 6-da 4,9 və 5,5, iyulun 7-də yerli vaxtla saat 12:12-də 5,1 bal gücündə olub.
Rəsmi “Kyodo” xəbər agentliyi bölgədə baş verən zəlzələlər nəticəsində ölənlər, yaralananlar və dağıntılar barədə məlumatın olmadığını bildirib. İyulun 3-dən bərə ilə arxipelaqdan insanların təxliyəsi davam edir.
160 kilometr ərazini əhatə edən Tokara arxipelaqı bölgəsində 2023-cü ilin sentyabrında 346, 2021-ci ilin dekabrında isə 308 zəlzələ baş verib. 2025-ci ilin iyun ayına olan məlumata görə, ümumi sahəsi 100 kvadrat kilometr olan Tokara arxipelaqında təxminən 670 nəfər yaşayır.
Tural
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi






































.jpg)
