Nəqliyyat
Moped, motosiklet və skuter sürücülərinin nəzərinə!
Qaydalara uyğun olaraq piyada keçidindən istifadə edən vətəndaşı moped sürücüsü vurub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib.
“Müşahidələr deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən həmin sürücülərin yollarda tələsmələri, nəqliyyat vasitələrini sürətlə idarə etmələri, xüsusilə də, manevretmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. NİİM moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində vətəndaşlara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”,- deyə məlumatda bildirilir.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
