Nəqliyyat
Təmirə görə sabahkı bəzi reyslər də ləğv edilir
Təmir işləri ilə əlaqədar 8 avqustda Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir.
Azərbaycan Dəmir Yolları QSC-dən Publika.az-a verilən məlumata görə, Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
Belə ki, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 18:45-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.
Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.
Qeyd edək ki, bu gün də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi reyslər təxirə salınmışdı.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
