Nəqliyyat
Bu vaqonlar xətdən çıxarılacaq
Yaxın dövrdə "Bakı Metropoliteni" QSC-də istismar müddəti başa çatacaq köhnə vaqonlar xətdən çıxarılacaq.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda istismar olunan bütün vaqon parkının hər birinin istismar müddəti 31 ildir: "Vaqonlara vaxtında texniki baxış və qulluq aparılır, saz vəziyyətdə saxlanılır. İstismar müddətini başa vuran vaqonlar dərhal xətdən çıxarılır. Buna görə də yeni qatarların alınması və əvvəlcədən sifariş verilməsi vacibdir. Bu il daha 10 vaqon Bakıya gətiriləcək və ilin sonuna qədər istifadəyə veriləcək. Hazırda 30 yeni vaqon gətirilib".
B.Məmmədov bildirib ki, bütün bu tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir: "16 ildən sonra ilk dəfə olaraq metroda intervallar azaldılıb. Bu isə vaqon parkının genişləndirilməsini tələb edir. Sərnişinlərin rahat daşınması üçün həm istismarda olan, həm də ehtiyat vaqonların kifayət qədər olması vacibdir".
Şöbə rəisi əlavə edib ki, Bakı metrosunun əsas xətləri hesab olunan Qırmızı və Yaşıl xətlərdə hazırda gün ərzində 40 qatar hərəkət edir: "Yeni vaqonların sayı 36-ya çatdırıldıqdan sonra bu xətlərdə hərəkət edən qatarlardan böyük əksəriyyəti sərnişinlərin komfortunu təmin edən yeni nəsil qatarlar olacaq". O həmçinin qeyd edib ki, metro xətlərinin tənzimlənməsi ilə bağlı əlavə məlumat yoxdur.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ














.jpg)








.jpg)













.jpg)