Nəqliyyat
Bakının bu küçələri bağlanır
31 avqust saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar yarışlar bitənədək nəqliyyata bağlı olacaq.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" "Qatar Airways" Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.
Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası sakinlərin göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov





















.jpg)

.jpg)













.jpg)