Nəqliyyat
DYP avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-dən Publika.az-a verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.
Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)













.jpg)