Nəqliyyat
“CRCT Qazaxıstan”şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış oldular - Fotolar
10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov “CRCT Qazaxıstan” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi) beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq və Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub.
Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)













.jpg)