Nəqliyyat
Aeroportda bu taksi sürücüləri çalışacaqlar - Daha bir şirkət YENİ TƏLƏB qoydu
Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində taksilərlə sərnişindaşımada yeni qaydalar tətbiq olunub.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Uber" taksi şirkətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, yeni qaydaları icra etməkdə əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir:
"Tətbiqimizdə hava limanından şəhərə səyahətlər üçün ayrıca sifariş kateqoriyası yaradılacaq. Sərnişinlər müasir avtomobillər sifariş edə biləcəklər. Həmçinin sərnişinlər bütün texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarında çalışan və xarici dilləri bilən sürücülərlə səyahət edəcəklər".
Məlumatda əlavə olunub ki, bu sifarişləri yalnız bütün zəruri texniki və tibbi yoxlamalardan keçmiş avtomobillər və sürücülər yerinə yetirə biləcəklər:
"Şəhərdən hava limanına sifarişlər isə məhdudiyyətsiz qalır. Əvvəlki kimi bütün sürücülər bu sifarişləri qəbul edə bilərlər".
Bundan əvvəl "Bolt" taksi xidməti də Heydər Əliyev Beynəlxalq Hava Limanındakı fəaliyyətində yeni qaydaları icra edəcəyini bildirib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətləri yalnız müasir tələblərə cavab verən və qanunvericiliyə tam uyğunlaşdırılmış yeni avtomobillərlə həyata keçiriləcək:
"Bu məqsədlə "Bolt" tətbiqində hava limanına aid ayrıca sifariş kateqoriyası istifadəyə verilib. Aeroportdan sifariş edən sərnişinlərə rahat və komfortlu maşınlarla, həmçinin xarici dil bilən sürücülərin iştirakı ilə yüksək səviyyədə xidmət göstəriləcək.
Fəaliyyətə yalnız texniki və tibbi yoxlamalardan keçmiş, etibarlı taksi parklarına daxil olan avtomobillər və sürücülər buraxılacaqlar".
Məlumatda əlavə olunub ki, şəhərdən hava limanı istiqamətində taksi sifarişinə hər hansı məhdudiyyət tətbiq edilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi verməyin mümkün olmayacağı və yalnız "London taksiləri"nin işləyəcəyi barədə iddialar yayılmışdı.
Sentyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama vermiş, hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsinin zəruriliyini vurğulamışdılar.
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq






.jpg)












.png)


.jpg)














