Nəqliyyat
Bakıda polis hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirdi - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib, axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 8 cinayətin üstü açılıb.
Publika.az xəbər verir ki, qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt aşkarlanıb.
Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotik maddələrin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 3 və dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb.
Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, dəbilqədən istifadə etməyən motosiklet sürücüləri müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. Sərnişin avtobuslarında isə nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi və sürücülərin tibbi müayinəsinin təşkili yoxlanılıb.
Nəsimi rayonunda bu cür neqativ hərəkətlərə yol verən avtobus, moped və motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər davam etdirilir.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)













.jpg)