Nəqliyyat
Bu körpü bağlandı: 10 dəqiqəlik yol üçün 1 saat vaxt tələb olunur - Video
Ağstafada bir neçə kəndlə rayon mərkəzini birləşdirən körpü bağlanıb.
Publika.az xəbər verir ki, sakinlərin Xəzər TV-yə bildirdiklərinə görə, iki aya yaxındır körpü qəzalı vəziyyətdədir. Lakin hər hansı addım atılmır, təmir işləri görülmür.
Sürücülərə alternativ yol təklif edilib. Bu yoldan istifadə üçün kilometrlərlə məsafə qət etmək lazımdır. Yəni 10 dəqiqəlik yol üçün bir saat vaxt tələb olunur. Onların sözlərinə görə, magistrala çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getməli olurlar.
Sürücülər bildiriblər ki, burada əsas yola çıxmaq üçün hər iki tərəfdən gələn hərəkət iştirakçıları və özləri xoşagəlməz hallarla üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yol ötürücüsü 1961-ci ildə inşa edilib. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi var. Paralelində alternativ yol ötürücüsünün mövcudluğunu nəzərə alaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan körpüdə nəqliyyatın hərəkətinin qadağan edilməsi barədə qərar qəbul olunub.
Körpünün təmir edilib-edilməyəcəyi barədə də hələ ki qərar yoxdur. Hərəkətin təşkili və təhlükəsizliyi isə Agentliyin səlahiyyətində deyil.
Ətraflı süjetdə:
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)













.jpg)