Nəqliyyat
Tıxac probleminin yeni həlli - Hansı qadağalar olacaq?
Bakı şəhərində "Avropa Mobillik Həftəsi" çərçivəsində sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və "Avtomobilsiz Gün" keçiriləcək. Bəzi xarici ölkələrdə - Fransa, Hindistan və s. həm tıxac probleminin qarşısının alınması, həm də əhalinin hərəkətliliyinin artırılması məqsədilə həftənin bəzi günləri şəxsi avtomobillərdən istifadəyə məhdudiyyətlər qoyulur.
Azərbaycanda da gələcəkdə bu üsul tətbiq oluna bilərmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı manset.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yaxın gələcəkdə bu üsulun, əsasən də, paytaxt Bakıda tətbiqi mümkün görünmür.
"Avtomobilsiz günlər"ə kütləvi formada əməl olunacağını düşünmürəm. Əslində, biz bunu çox həvəslə gözlüyərdik ki, əhalimiz zərurət olmadan şəxsi avtomobildən istifadəyə maraq göstərməyəcəklər. Təbii ki, ilk növbədə bunun üçün güclü ictimai nəqliyyat sistemi lazımdır. Cüt və tək günlər məsələsi bir çox ölkələrdə tətbiq olunub və müəyyən effektlər verib. Amma dediyim kimi bu üsul elə ölkələrdə tətbiq oluna bilər ki, onların güclü ictimai nəqliyyatı var. Bu təşəbbüs sentyabrın 16-dan başlayır. Elə bu tarixdən də şəhərin mərkəzi küçələri bağlıdır, avtobusların istiqaməti dəyişdirilir, əsas küçələr, yollar bağlıdır. Bəs insanlar necə "avtomobilsiz gün" keçirə bilərlər?".
Ekspert qeyd edir ki, ictimai nəqliyyatımız tam inkişaf etdikdən, metro stansiyalarının sayı artdıqdan, avtobusların sayı arzuolunan səviyyəyə çatdıqdan sonra insanlar özləri şəxsi avtomobillərdən imtina edəcəklər.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı



















.jpg)


.jpg)














.jpg)