Nəqliyyat
Ələt hava limanı bu tarixdə açılacaq
Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq.
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.
"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemini yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən "yaşıl" hava limanı olacaq", - şirkət prezidenti əlavə edib.
Qeyd edək ki, yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1.5 milyon tona çatdırılması planlaşdırılır.
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...







































