Nəqliyyat
Xaosun gündən-günə artdığı küçə: hərəkət niyə iflic oldu? - VİDEO
"Baku" TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Publika.az xəbər verir ki, budəfəki buraxılışda paytaxtın Hüseyn Seyidzadə küçəsində sürücülərin qarşılaşdıqları problem haqqında məlumat verilib. Bildirilib ki, sözügedən ərazidə avtomobillərin hərəkətini çətinləşdirən hal geridönmə yerində yaşanır. Döngədə 1.11 nişanlanma xətti var.
Bəzi sürücülər qaydaları pozub bir sıra ilə dönmək əvəzinə iki, hətta üç sıra ilə geri dönürlər. Bəzən də sağ zolaqdan sola dönənlər olur ki, bu halda da qəza şəraiti yaranır. Geridönmə yerinin döngədə olması iriqabaritli avtomobillərin qarşıdan gələn yolu bağlamalarına səbəb olur.
Əvvəl 1.11 nişanlanma xətti geridə idi və xaos hazırkı həddə deyildi. İndi isə həm yan məhəllələrdən çıxanlar, həm də əsas yoldan geri dönənlər hərəkəti iflic vəziyyətə salırlar. Bundan başqa, geri dönəndən sonra "Dayanma və durma qadağandır" nişanı var. Ağaclar isə onun görünməsinə mane olur. Bunu görməyən sürücülər də döngədən sonra parklanma edirlər.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)