Nəqliyyat
Moped sürmək üçün yeni tələb - Video
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilib. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var.
Yeni qanun layihəsinə əsasən, 3 aydan sonra moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaq.
Həmçinin, bu nəqliyyat vasitələri dövlət qeydiyyatına götürüləcək.
Motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyətlər qoyulur. Yəni nəqliyyat vasitəsinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan ediləcək.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu qərar təhlükəsizlik baxımından vacib addımdır. Çünki bir çox hallarda moped sürücüləri nə özlərinin, nə də digərlərinin təhlükəsizliyini nəzərə alır.
Ekspertin sözlərinə görə, qayda pozuntuları, əks yola çıxma halları və yüklərin normadan artıq daşınması tez-tez baş verir. Yeni yanaşma bu problemlərin qarşısını almağa hesablanıb.
Beləliklə, yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından mühüm yeniliklər gətirəcək.
Qanun layihəsi təsdiqlənsə, 2026-cı ilin əvvəlindən moped idarə etmək vəsiqəsiz mümkün olmayacaq.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video






.jpg)


















.jpg)













