Nəqliyyat
ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC ADA Universitetində “Liderlərin İnkişaf Proqramı”na başlayıb.
Publika.az xəbər verir ki, ADA Universiteti tərəfindən tədris olunacaq və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya kimi önəmli modulları əhatə edən bu proqramın hədəfi ADY-də çalışan rəhbər heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Tədbirdə bu əməkdaşlıq strateji əhəmiyyətli addım kimi qiymətləndirilib və belə proqramların qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbər heyətin səriştələrinin artırılmasına və ümumi rəqabətqabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.
Qeyd edilib ki, sürətlə dəyişən və rəqabətin artdığı hazırkı iş mühitində davamlı inkişaf və liderlərin potensialının artırılması şirkətin uğurla irəliləməsi üçün vacib amillərdən biridir. Bu baxımdan ADA Universiteti ilə birgə həyata keçirilən proqram ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaq.
Proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək ki, bu da şirkətin liderlərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.
ADA Universitetinin akademik heyəti tərəfindən hazırlanmış proqram liderlik və idarəetmə səriştəliyi üzrə peşəkar mütəxəssislər tərəfindən tədris olunacaq, real iş mühitində baş verən situasiyaların təhlilini əhatə edəcək.
ADY “Liderlərin İnkişaf Proqramı”nı həyata keçirməklə ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













