Nəqliyyat
DYP-dən çağırış
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib.
Bu barədə Publika.az-a idarədən məlumat verilib.
Bildirilib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yanğına meyilli olması, belə halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratması barədə daşıyıcı şirkət nümayəndələrinə geniş məlumat verib.
Bununla yanaşı, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması, vaxtında texniki baxışa təqdim edilməsi, əlavə avadanlıq quraşdırılması və ya konstruksiya dəyişikliyi kimi müdaxilələrin yolverilməzliyi, həmçinin onların istifadəyə yararlı və normativ tələblərə uyğun yanğınsöndürmə vasitələri ilə təchiz edilməsinin də yanğın əleyhinə qabaqlayıcı tədbirlərdən olduğunu qeyd edən məruzəçi həyatını sürücüyə etibar edən sərnişinlərin etimadını doğrultmağın istər mənəvi, istərsə də hüquqi baxımdan məsuliyyətlı bir məsələ olmasını bir daha daşıyıcıların diqqətinə çatdırıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













