Nəqliyyat
Bakıya ikimərtəbəli avtobuslar nə vaxt gələcək?
İctimai nəqliyyatda avtobus seqmentində sərbəst hərəkəti təmin etmək üçün ilk növbədə şəhərsalma sahəsindəki qüsurlar aradan qaldırılmalıdır. Tikinti özbaşınalığına son qoyulmalıdır. Çünki mövcud tıxacların yaranmasının əsas səbəblərindən biri də məhz budur.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ictimai nəqliyyatda müşahidə olunan sıxlıq və tıxac problemlərindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, tıxacların azaldılması üçün marşrutlara buraxılan avtobusların sayının artırılması vacibdir:
“Bu, hazırda ən çox ehtiyac duyulan istiqamətlərdən biridir və düşünürəm ki, mərhələli şəkildə həll olunacaq. Artıq Azərbaycanda elektroavtobusların istehsalına da başlanılıb. Bu, gələcəkdə ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz, keyfiyyətli və müasir tələblərə cavab verən avtobuslarla təmin olunmasına imkan yaradacaq”.
Eldəniz Cəfərov bildirib ki, ikimərtəbəli avtobuslar hazırda Bakıda əsasən turizm məqsədilə istifadə olunsa da, gələcəkdə müəyyən marşrutlarda onların istismarı da mümkündür:
“Əgər Bakıda nəqliyyat sıxlığının qarşısı alınarsa, bu, yol infrastrukturunun yenilənməsi və yenidən təşkil olunması ilə mümkün olacaq. Bu istiqamətdə “darboğazların” aradan qaldırılmasına ciddi ehtiyac var”.
Ekspertin sözlərinə görə, artıq bu istiqamətdə dövlət proqramı qəbul edilib və həmin sənəd bir növ yol xəritəsi rolunu oynayır:
“Modernləşmə istiqamətində müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Hazırda əsas məsələ marşrutlara buraxılan avtobusların sayının artırılmasıdır. Bu, sərnişinlərin vaxtında, təhlükəsiz və keyfiyyətli daşınmasını təmin edəcək”.
Eldəniz Cəfərov əlavə edib ki, gələcəkdə əvvəlki illərdə mövcud olan marşrut taksi sisteminin bərpası da mümkündür.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı














.jpg)






.jpg)


.jpg)













