Nəqliyyat
Qu quşu qatarların hərəkətini İFLİC ETDİ
Şotlandiyanın ən işlək dəmir yolu stansiyasında qatarların hərəkəti qeyri-adi bir səbəbdən - pik saatda relslərə çıxan bir qu quşuna görə iflic olub.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Stansiyanın infrastrukturuna cavabdeh olan "Network Rail" şirkəti qatarların hərəkətini dayandırmağa və sürət məhdudiyyəti tətbiq etməyə məcbur qalıb. Bu isə ciddi gecikmələrə və reyslərin ləğvinə səbəb olub.
Quşu xilas etmək üçün xüsusi operativ reaksiya qrupu dərhal hadisə yerinə göndərilib. Dəmir yolu işçiləri sosial şəbəkələrdə “günahkar” qu quşunun fotosunu paylaşaraq bildiriblər ki, komandalar onu təhlükədən uzaqlaşdırmaq və normal hərəkəti bərpa etmək üçün çalışırlar.
Onların sözlərinə görə, qu quşu “bir qədər narahat olsa da, yaxşı vəziyyətdədir”. Cədvəlin tam sabitləşməsi və qatarların öz marşrutlarına qayıtması üçün əlavə üç saat vaxt tələb olunub.
Bir neçə saat sonra şirkət açıqlama verərək, gözlənilməz maneə səbəbindən yaranan bütün hərəkət pozuntularının aradan qaldırıldığını və dəmir yolu qovşağının normal rejimə qayıtdığını bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)













