Nəqliyyat
Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir - FOTO
Noyabrın 25-də Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” QSC-nin rəhbər heyətləri arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə son illərdə iki ölkə arasında nəqliyyat, xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, Qazaxıstan mənşəli məhsulların Bakı Limanında aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli imkanları barədə fikir mübadiləsi aparılıb, bunun yük axınlarının daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən yükün azalmasına töhfə verəcəyi bildirilib.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)


.jpg)




.jpg)











