Nəqliyyat
Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalandı - Foto
25 noyabrda Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.
Publika.az xəbər verir ki, görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcək müvafiq addımlar müzakirə edilib.
Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanacaq.
Tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərinin gücləndirilməsini və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şəraiti təmin edəcək.
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?


















.jpg)



.jpg)






.jpg)









