Nəqliyyat
DYP yağışlı hava ilə bağlı çağırış etdi
“Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır”.
Publika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladıb.
“Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır”, - məlumatda deyilir.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)













