Nəqliyyat
Azərbaycanda rəqəmsal taxoqraf kartlarının verilməsi daha iki il fasiləsiz davam edəcək
Bu il Azərbaycana avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət rejiminə riayət edilməsinin təmin olunması məqsədilə 1 921 ədəd rəqəmsal taxoqraf kartı gətirilərək operatorlara və sürücülərə təqdim edilib.
Publika.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, son 4 ildə isə ümumilikdə 12 220 ədəd rəqəmsal taxoqraf kartı ölkəyə gətirilərək operatorlara və sürücülərə təqdim edilib.
Bildirilir ki, Azərbaycanda taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması məqsədilə 30 sentyabr 2025-ci il tarixində "Austriacard Holding" şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair imzalanmış müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb.
Rəqəmsal taxoqraf sisteminə aid Milli Açarların yenilənməsi üçün bütün hazırlıq tədbirləri görülüb və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən İtaliyanın İspra şəhərində keçirilən növbəti sessiyasında AYNA-nın nümayəndəsinin iştirakı təmin edilib.
Sessiya çərçivəsində JRC-nin müəyyən etdiyi prosedur qaydalarına uyğun olaraq Azərbaycanın rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənmiş, sertifikatlaşdırılmış və istehsalçı "Austriacard Holding" şirkətinə təhvil verilib.
Bu prosesin uğurla başa çatdırılması nəticəsində, rəqəmsal taxoqraf kartlarının verilməsi növbəti iki il ərzində fasiləsiz şəkildə davam etdiriləcək.
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”



































