Nəqliyyat
Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün açıqdır
Bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun əraziisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.
Publika.az xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
AAYDA-nın baş mühəndisi Həsən Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər. Onun sözlərinə görə, buzlaşma müşahidə edilsə də, avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol tam açıqdır.
Baş mühəndis əlavə edib ki, idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər və ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq. Bunun üçün kifayət qədər duz-qum ehtiyatı, zəruri materiallar və xüsusi texnika mövcuddur.
Qeyd edək ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı, havanın şaxtalı keçəcəyi və yolların qismən buz bağlaya biləcəyi ehtimal olunur. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, gecə saatlarına planlaşdırılan səfərlərini gündüz vaxtlarına keçirmələri tövsiyə edilir.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










