Nəqliyyat
Kolumbiyada DƏHŞƏTLİ QƏZA - 16 şagird öldü, 19-u yaralandı
Kolumbiyanın şimal-qərbində məktəb avtobusunun qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Bello bələdiyyəsindəki Liceo Antiokenyo təhsil müəssisəsinin məzunlarını daşıyan tur avtobusu idarəetməni itirərək yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı müxtəlif hesablamalara görə, avtobusda 35-45 nəfər olub.
Regional mənbələr əvvəlcə ən azı 16 nəfərin öldüyünü və 19 nəfərin yaralandığını bildirib. Hakimiyyət orqanları son ölüm sayının hələ təsdiqlənmədiyini açıqlayıb. Onlarla yaralı şəxs Seqoviya və Remediosdakı tibb müəssisələrinə çatdırılıb .
Qəzadan bir neçə saat sonra Milli Yol Təhlükəsizliyi Agentliyi müvafiq orqanların qəzanın səbəbləri ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Agentlik həmçinin ölənlərin və yaralananların ailələrinə başsağlığı verib.
Antiokiya Departamentinin qubernatoru Andres Julian Rendon sosial mediada avtobusun ekskursiyadan qayıdan lisey şagirdlərini daşıdığını bildirib və çoxsaylı itki və yaralanmalar barədə məlumatları təsdiqləyib.
Hüsyen İbadlı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










