Nəqliyyat
Avtobuslarda yeni ödəniş sistemi işə düşdü - VİDEO
Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır. Bakı şəhəri üzrə "BakuBus"a məxsus bütün marşrut avtobuslarında telefon, ağıllı saat və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içərisində ödəniş etmək mümkündür.
Publika.az xəbər verir ki, sakinlər yeniliyi belə dəyərləndiriblər: "Türkiyədə belə idi, bir bizdə belə sistem yox idi. Şükür Allaha ki, bizə də gətiriblər".
"Çox vaxt "BakıKart"da pulumuz olmurdu və ya üstümüzdə nağd pul tapılmırdı. Bu kart sistemi ilə artıq asanlıqla keçə bilirik".
"BakuBus"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva sistemin tətbiqi ilə bağlı açıqlama verib:
"BakuBus" MMC-yə məxsus bütün avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Google Pay" və "Apple Pay" vasitəsilə nağdsız ödəniş sistemi tam şəkildə aktivləşdirilib. Yeni ödəniş sistemi çərçivəsində həyata keçirilən əsas yeniliklərdən biri ardıcıl ödəmə imkanlarının genişləndirilməsidir. Yeni sistemin istifadəyə verilməsi sərnişinlərə əlavə üstünlüklər vəd edir".
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi




































