Nəqliyyat
Qarlı hava yollarda hərəkəti çətinləşdirir
Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:
"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar".
Müraciətdə vurğulanıb ki, qarlı və sürüşkən yollarda qış şinləri ilə hərəkət edilməli, sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafəsi qorunmalı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşilməməlidir.
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi



































