Nəqliyyat
Bu ölkədə türk turistlərə HÜCUM EDİLDİ - Məşhur iş adamı ÖLDÜRÜLDÜ
Efiopiyada naməlum şəxslər türk turistlərə hücum ediblər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran "Anadolu" agentliyinə məlumat verib.
O bildirib ki, hücum nəticəsində tanınmış iş adamı Erdoğan Akbulak və dah bir Türkiyə vətəndaşı öldürülüb. Digər iki türk turist isə hadisə yerindən xəsarətsiz çıxmağı bacarıb.
Hadisə yanvarın 12-də səhər saatlarında ölkənin cənub-qərbində yerləşən Tum bölgəsində baş verib. Bölgə turist qrupları arasında ilboyu məşhurdur.
Səfir bildirib ki, Efiopiya hakimiyyəti baş verənlərə görə başsağlığı verib və cinayətkarları tapmaq məqsədilə istintaq aparır.
Erdoğan Akbulak "Silkar Madencilik" şirkətinin qurucusu və sahibi olub. Şirkət mərmər, mozaika və keramika plitələri istehsal edir və məhsullarını 35 ölkəyə ixrac edir.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





























.jpg)








